30 
Sen
2026
11:28
63

Gürcüstandan 84 xarici ölkə vətəndaşı deportasiya edilib

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları nazirliyin müvafiq bölmələri ilə koordinasiyalı şəkildə son günlər ərzində 84 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya edib.

InterPress.ge xəbər verir ki, DİN-in məlumatına görə, Miqrasiya Departamentinin həyata keçirdiyi kompleks tədbirlər nəticəsində Hindistan, Misir, Türkiyə, Rusiya, Türkmənistan, Azərbaycan, Tailand, Livan, Özbəkistan, Belarus, Qana, İordaniya, Pakistan, Nigeriya, Filippin, Çin və digər ölkələrin ümumilikdə 84 vətəndaşı ölkədən çıxarılıb.

Qüvvədə olan qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin Gürcüstana girişinə qadağa qoyulub.

Cari il ərzində Miqrasiya Departamentinin əməkdaşları tərəfindən 3 000-dən çox şəxs Gürcüstandan deportasiya edilib.

Bizimlə əlaqə saxlayın