25 
Sen
2026
10:49
52

İrakli Kobaxidze: Cənubi Qafqazın gələcəyini keçmişdə çəkilmiş ayırıcı xətlər müəyyən etməməlidir

“Ölkəmizin qarşısında duran çağırışlar bir daha xatırladır ki, milli sabitlik və uğur daha geniş regional kontekstdən kənarda nəzərdən keçirilə bilməz”.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT Baş Assambleyasının ümumi debatlarında çıxışı zamanı bildirib.

Hökumət başçısının sözlərinə görə, Cənubi Qafqazın gələcəyini keçmişdə çəkilmiş ayırıcı xətlər müəyyən etməməlidir.

“Biz regional təşəbbüslər çərçivəsində ardıcıl şəkildə vicdanlı vasitəçi kimi fəaliyyət göstərməyə, əməkdaşlığın gücləndirilməsinə və sülh yolu ilə həllərin axtarışına töhfə verməyə daim çalışırıq.

Bu gün daha dinc və bir-biri ilə əlaqəli regionun qurulmasına yeni səhifədən başlamaq üçün real imkan görürük. Bu, daha yaxşı gələcək yaratmaqla bağlı ümumi istəyimizə cavab verir.

Belə əməkdaşlıq ruhu region üçün real və nəzərəçarpacaq iqtisadi imkanlara da çevrilməlidir”, – deyə İrakli Kobaxidze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər