ABŞ-ın Miqrasiya və Gömrük Xidmətinin saxlanma mərkəzində Gürcüstan vətəndaşı vəfat edib
ABŞ-ın Miqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) saxlanma mərkəzində Gürcüstan vətəndaşı dünyasını dəyişib.
InterPress.ge xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.
Nəşrin məlumatına görə, ICE-in nəzarəti altında olan 43 yaşlı Gürcüstan vətəndaşı Mamuka Artmeladze iyunun 4-də Luiziana ştatında yerləşən Uinn İslah Müəssisəsində vəfat edib.
ICE nümayəndələrinin bildirdiyinə görə, Gürcüstan vətəndaşı həbsxanada huşsuz vəziyyətdə tapılıb. Bundan sonra o, tibbi mərkəzə çatdırılıb, lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.
"Onun ölümünün rəsmi səbəbi meyitin yarılması nəticəsində müəyyən ediləcək", – deyə ICE açıqlamasında bildirib.
ABŞ-ın Miqrasiya və Gömrük Mühafizəsi Xidmətinin məlumatına əsasən, Mamuka Artmeladze fevral ayında Yeni Orleanda keçirilən əməliyyat zamanı saxlanılıb. Əməliyyat "ictimai təhlükəsizlik üçün təhdid hesab edilən kommersiya nəqliyyatı sürücülərinə" qarşı yönəldilmişdi.
"Rəsmilər onun ABŞ-da qalmaq üçün qanuni statusunun olmadığını müəyyən etdikdən sonra saxlanılıb", – deyə ICE qeyd edib.
ABC News yazır ki, Mamuka Artmeladze ABŞ Prezidenti Donald Trump-ın ikinci prezidentlik müddəti dövründə ICE nəzarətində həyatını itirən 50-ci şəxsdir.


