30 
May
2026
14:00
691

Marneulili idmançı ermənistanlı rəqibini 17:0 hesabı ilə məğlub edərək qızıl medal qazanıb

Tbilisidə AJP Tour Georgia National Jiu-Jitsu Championship 2026 – GI & No-GI turniri keçirilib. Braziliya ciu-citsu üzrə təşkil olunan nüfuzlu yarışda Gürcüstanın müxtəlif bölgələrindən, eləcə də qonşu ölkələrdən gəlmiş idmançılar iştirak ediblər.

InterPress.ge xəbər verir ki, Abu Dhabi Jiu-Jitsu Pro (AJP) beynəlxalq turnirlər seriyasının tərkib hissəsi olan çempionatda Marneulidən olan idmançı Hacı-Murad Xəlilov 69 kq çəki dərəcəsində mübarizə aparıb.

Xəlilov ilk görüşündə Saba Tsiklauri üzərində 7:2 hesablı qələbə qazanaraq rəqibini təslimiyyətə məcbur edib və finala yüksəlib.

Final qarşılaşmasında onun rəqibi Ermənistandan olan Arno Hovhannisyan olub. Hacı-Murad Xəlilov həlledici görüşdə üstün performans nümayiş etdirərək rəqibini 17:0 hesabı ilə məğlub edib və onu təslimiyyətə məcbur edərək çempion adını qazanıb.

Beləliklə, Marneulili idmançı AJP Tour Georgia National Jiu-Jitsu Championship 2026 turnirinin qızıl medalına sahib olub və növbəti beynəlxalq yarışlar üçün reytinq xallarını artırıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər