23 
May
2026
11:09
284

Tramp administrasiyası “Green Card” qaydalarını sərtləşdirir

Donald Tramp administrasiyası “Green Card” almaq istəyən əcnəbilər üçün yeni qayda tətbiq edir.

InterPress.ge xəbər verir ki, yeni qaydalara əsasən, ABŞ-da olan və immiqrasiya statusunu dəyişmək istəyən xarici ölkə vətəndaşları “Green Card” üçün müraciəti yalnız ABŞ-ı tərk edib öz ölkələrinə qayıtdıqdan sonra edə biləcəklər.

United States Citizenship and Immigration Services (USCIS) bildirib ki, qərar agentliyin resurslarını azad etməyə və vizalarla bağlı digər işlərə daha çox diqqət ayırmağa imkan verəcək.

USCIS-in açıqlamasında qeyd olunur ki, yeni qaydada “xüsusi hallar” üçün müəyyən istisnalar nəzərdə tutulub.

Qurumun bəyanatında vurğulanır ki, əcnəbilərin müraciətləri öz ölkələrindən etməsi yaşayış icazəsi rədd edilən şəxslərin ABŞ-da gizlənməsi və ya qeyri-qanuni qalması hallarının qarşısını almağa kömək edəcək.

“Studentlər, müvəqqəti işçilər və turist vizası sahibləri kimi şəxslər ABŞ-a qısa müddət və konkret məqsədlə gəlirlər. Sistemimiz onların səfər başa çatdıqdan sonra ölkəni tərk etməsi prinsipi üzərində qurulub. Bu səfərlər ‘Green Card’ alma prosesinin ilk mərhələsinə çevrilməməlidir”, – deyə USCIS-in açıqlamasında bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər