21 
May
2026
10:54
207

Kobaxidze: Azərbaycanla ucuz qaz üzrə 20 illik müqavilə daha 20 il uzadılıb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ucuz sosial qazla bağlı 20 illik razılaşmanın daha 20 il müddətinə uzadıldığını açıqlayıb.

InterPress.ge xəbər verir ki, İrakli Kobaxidze bu barədə “İmedi TV” kanalının “İmedi LIVE” proqramında danışıb. Baş nazirin sözlərinə görə, əvvəllər teledebat zamanı enerji eksperti tərəfindən səsləndirilən suala konkret danışıqlar və sonradan imzalanmış müqavilə ilə cavab verilib.

“‘İmedi’ televiziyasının efirində keçirilən debat zamanı enerji eksperti bizə sual vermişdi ki, sosial və ucuz qazla bağlı 20 illik müqavilənin müddəti bu il başa çatır və bununla bağlı nə düşünürsünüz. Bu gün artıq nəticə var – həmin 20 illik razılaşma daha 20 il uzadıldı. Verilən suala konkret danışıqlar və daha sonra konkret müqavilə ilə cavab verildi”, – deyə Baş nazir bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər