19 
May
2026
11:06
226

Sulxan Tamazaşvili Azərbaycanın Daxili Qoşunlarının hərbi hissəsində olub

Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili nümayəndə heyəti ilə birlikdə Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissəsinə baş çəkib.

InterPress.ge xəbər verir ki, Gürcüstan nümayəndə heyətini ərazidə Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazov və Daxili Qoşunların komandanı Şahin Məmmədov qarşılayıblar.

Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Gürcüstan nümayəndə heyəti hərbi texnika və infrastrukturla tanış olub, həmçinin bölmənin imkanları və fəaliyyət istiqamətləri barədə məlumat alıb.

Məlumata əsasən, səfər çərçivəsində Sulxan Tamazaşvili ilə azərbaycanlı həmkarı arasında ikitərəfli görüş də keçirilib. Görüş zamanı tərəflər hüquq-mühafizə sahəsində mövcud əməkdaşlığı və gələcək tərəfdaşlıq perspektivlərini müzakirə ediblər.

“Tərəflər iki qurum arasında uğurlu əməkdaşlığı və bu əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini xüsusi vurğulayıblar”, – deyə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər