09 
May
2026
18:49
308

"Gürcü Arzusu": Qaxarianın partiyası qiymətlərlə bağlı yalan məlumat yayır

“Gürcü Arzusu” partiyası eks-baş nazir Qiorqi Qaxarianın partiyasını istehlak qiymətləri ilə bağlı ictimaiyyəti yanlış məlumatlandırmaqda ittiham edib.

InterPress.ge xəbər verir ki, hakim partiyanın yaydığı açıqlamada bildirilir ki, “Gürcüstan naminə” partiyasının səsləndirdiyi iddialar “Sakstat”ın rəsmi məlumatları ilə təkzib olunur.

Açıqlamaya görə, Qiorqi Qaxarianın baş nazir olduğu dövrdə – 2019-cu ildə orta illik inflyasiya 4,9 faiz, 2020-ci ildə isə 5,2 faiz təşkil edib. Bu isə iki il ərzində qiymətlərin ümumilikdə 10 faiz artdığı anlamına gəlir.

Hakim partiyanın məlumatında qeyd olunur ki, 2024-cü ildə orta illik inflyasiya 1,1 faiz, 2025-ci ildə isə 3,87 faiz olub. Bunun nəticəsində 2024-2025-ci illərdə qiymətlər ümumilikdə 5 faiz artıb.

“Gürcü Arzusu”nun bəyanatında vurğulanır ki, “Sakstat”ın statistikası həmin illərdə qiymət artımının 2019-2020-ci illərlə müqayisədə iki dəfə az olduğunu göstərir.

Bununla yanaşı, açıqlamada qeyd edilir ki, 2019-cu ilin sentyabrından 2021-ci ilin martına qədər ərzaq məhsullarının qiyməti illik hesabla hər ay orta hesabla 10,8 faiz artıb. 2024-2025-ci illərdə isə bu göstərici 4 faiz olub.

Hakim partiyanın iddiasına görə, bu rəqəmlər Qaxarianın baş nazir olduğu dövrdə ərzaq məhsullarının qiymətinin indiki dövrlə müqayisədə orta hesabla 2,5 dəfə daha sürətlə artdığını göstərir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər