09 
May
2026
11:28
236

Qardabanidə axtarışda olan şəxs saxlanılıb

Kvemo Kartli Polis Departamentinin əməkdaşları sağlamlığa qəsdən az ağır xəsarət yetirmək ittihamı ilə axtarışda olan şəxsi Qardabani bələdiyyəsində saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, saxlanılan şəxs bu ilin 29 yanvar tarixində məişət zəminində baş vermiş münaqişə zamanı həmkəndlisinə qeydiyyatsız ov tüfəngi ilə atəş açaraq xəsarət yetirib və hadisə yerindən qaçıb.

Nazirliyin məlumatında bildirilir ki, hüquq-mühafizə orqanları həyata keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində təqsirləndirilən şəxsin kimliyini qısa müddətdə müəyyən edib və onun barəsində axtarış elan olunub.

Polis tərəfindən axtarışda olan şəxs Qardabani bələdiyyəsində saxlanılıb. Hazırda o, 8 saylı penitensiar müəssisəyə yerləşdirilib.

Bizimlə əlaqə saxlayın