04 
May
2026
13:30
208

ABŞ–İran gərginliyi fonunda neft qiymətləri yenidən artıb

Dünya bazarında neftin qiyməti ABŞ ilə İran arasında sülh razılaşmasının əldə olunmaması və Donald Trump-ın son açıqlamalarından sonra yenidən yüksəlib.

InterPress.ge xəbər verir ki, media məlumatlarına əsasən, Brent markalı neftin bir barelinin qiyməti 67 sent artaraq 108,84 dollara çatıb.

Eyni zamanda, ABŞ-ın West Texas Intermediate (WTI) markalı neftinin qiyməti də 65 sent bahalaşaraq 102,59 dollar olub.

Məlumatda qeyd olunur ki, Donald Trump “Azadlıq layihəsi” çərçivəsində Hörmüz boğazından gəmilərin təhlükəsiz şəkildə çıxarılmasına başlanacağını bildirib.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasına görə, layihə çərçivəsində Hörmüz boğazında gəmilərin müşayiəti üçün ABŞ hərbi qüvvələri yerləşdiriləcək. Bu məqsədlə bölgəyə döyüş gəmiləri, 100-dən çox təyyarə və 15 min hərbçi cəlb olunacaq.

Tehrandan isə bildirilib ki, ABŞ-ın Hörmüz boğazındakı vəziyyətə hər hansı müdaxiləsi atəşkəs razılaşmasının pozulması kimi qiymətləndiriləcək.

Bizimlə əlaqə saxlayın