AP: Ağ Ev Konqresi İranla bağlı hərbi əməliyyatların "başa çatdığı" barədə məlumatlandırıb
Ağ Ev ABŞ Konqresinə İranla bağlı hərbi əməliyyatların başa çatdığı barədə yazılı bildiriş göndərib.
InterPress.ge xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
Məlumata görə, ABŞ qanunvericiliyinə əsasən, prezident Donald Trump mayın 1-dək hərbi əməliyyatların davam etdirilməsi üçün Konqresin razılığını almalı idi.
Agentlik qeyd edir ki, Ağ Evin bu açıqlaması faktiki olaraq qanunun tələblərini dolayısı ilə keçməyə xidmət edir. Belə ki, Donald Trump Konqresi əməliyyatların “başa çatdığı” barədə məlumatlandırsa da, ABŞ qüvvələri regionda qalmaqda davam edir.
Ağ Evin bəyanatında bildirilir ki, ABŞ-ın həyata keçirdiyi əməliyyatların uğuruna və davamlı sülhün təmin olunması istiqamətində səylərə baxmayaraq, İran tərəfindən təhlükə hələ də qalır.
“İranın ABŞ və silahlı qüvvələrimiz üçün yaratdığı təhlükə hələ də əhəmiyyətlidir”, – deyə bəyanatda vurğulanır.


