01 
May
2026
19:48
108

Reuters: Rusiya Suriyanın əsas neft tədarükçüsünə çevrilib

Rusiya Suriyanın əsas neft təchizatçısı olub.

InterPress.ge xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Agentliyin araşdırdığı sənədlərə əsasən, cari ildə Rusiya Suriyaya neft tədarükünü 75% artıraraq gündə təxminən 60 min barelə çatdırıb.

Məlumatda qeyd olunur ki, bu həcm Rusiyanın qlobal gündəlik neft ixracının cüzi hissəsini təşkil etsə də, Suriya üçün mühüm əhəmiyyət daşıyır. Çünki ölkədə daxili neft istehsalı tələbatı ödəməkdən xeyli geri qalır.

Reuters yazır ki, Moskva xüsusilə 2024-cü ilin dekabrında Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyanın dominant neft təchizatçısına çevrilib.

Qeyd olunur ki, bundan əvvəl, Suriyada 14 il davam edən vətəndaş müharibəsi dövründə ölkənin əsas neft tədarükçüsü İran idi.

Agentliyin məlumatına görə, müharibədən sonra Suriya Qərbə yaxınlaşsa və qlobal maliyyə sisteminə inteqrasiya etsə də, ölkənin iqtisadi imkanları hələ də məhduddur və bu səbəbdən enerji idxalından asılılıq davam edir.

Bizimlə əlaqə saxlayın