01 
May
2026
16:30
338

Taksilər və kuriyerlər etiraza başladı

Gürcüstanın Tbilisi şəhərində kuryerlər və taksi sürücüləri bir neçə istiqamətdə etiraz yürüşü keçirirlər.

InterPress.ge xəbər verir ki, aksiya iştirakçıları əsasən iş şəraitindən və aşağı tariflərdən narazıdırlar.

Kuryerlərin sözlərinə görə, mövcud ödəniş sistemi onları qane etmir və gəlirləri xeyli azalıb.

“Ödənişlər çox aşağı salınıb. Ölkədə hər şey bahalaşdığı halda, sifarişlər üçün 3-4 lari təklif olunur, bəzən iki sifariş üçün cəmi 5 lari yazılır. Bu qiymətlərlə işləmək mümkün deyil”, – deyə kuryerlər bildiriblər.

Taksi sürücüləri isə aşağı tariflərlə yanaşı, yüksək komissiya haqları və çoxsaylı inzibati cərimələrdən şikayət edirlər.

Onların sözlərinə görə, bahalaşan avtomobil servisi xərcləri və tətbiq edilən cərimələr iş şəraitini daha da çətinləşdirir.

“Çox aşağı tariflər, yüksək komissiyalar və artan xərclər fonunda işləmək demək olar ki, mümkünsüzdür. Üstəlik, cərimələr də vəziyyəti daha da ağırlaşdırır”, – deyə sürücülər qeyd ediblər.

Qeyd edək ki, analoji tələblərlə etiraz aksiyaları Kutaisi və Batumi şəhərlərində də keçirilib.

Bizimlə əlaqə saxlayın