01 
May
2026
10:28
495

Polşada Gürcüstan vətəndaşı qətlə yetirilib – iki nəfər saxlanılıb

Polşada Gürcüstan vətəndaşı qətlə yetirilib.

InterPress.ge xəbər verir ki, yerli istintaq orqanlarının məlumatına görə, 37 yaşlı kişiyə ölümcül xəsarətləri iki gənc yetirib. İstintaqa əsasən, hücum edən şəxslər küçədə ona yumruq və təpiklərlə zərbələr endiriblər. Nəticədə aldığı xəsarətlər o qədər ağır olub ki, kişi hadisə yerində həyatını itirib.

Polşa prokurorluğunun versiyasına görə, 25 və 23 yaşlı şübhəlilər cinayəti törədərkən alkoqol təsiri altında olublar. Qarşıdurmanın isə küçədə gürcü vətəndaşın onların yanından keçdiyi zaman başladığı bildirilir.

Məlumata əsasən, həyatını itirən şəxs Qiorqi Çilaşvili olub və o, Telavi şəhərindəndir.

Prokurorluqdan bildirilib ki, faktla bağlı cinayət işi müvafiq maddə üzrə başlanıb. Hazırda təqsirləndirilən şəxslər barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Onları günahları sübuta yetiriləcəyi təqdirdə 2 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bizimlə əlaqə saxlayın