Gürcüstandan onlarla xarici ölkə vətəndaşı deportasiya olundu
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti tərəfindən keçirilən tədbirlər nəticəsində 103 xarici ölkə vətəndaşı ölkədən çıxarılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, son günlər ərzində nazirliyin müvafiq bölmələri ilə koordinasiya şəraitində həyata keçirilən kompleks tədbirlər nəticəsində müxtəlif ölkələrin vətəndaşları deportasiya edilib.
Ölkədən çıxarılan şəxslər arasında Türkmənistan, Rusiya, Hindistan, Özbəkistan, Pakistan, Çin, Belarus, Nepal, Tayland, Banqladeş, Efiopiya, Yəmən, İraq, İordaniya, Nigeriya, Sudan, Filippin və digər ölkələrin vətəndaşları var.
Nazirlikdən bildirilib ki, qüvvədə olan qanunvericiliyə uyğun olaraq deportasiya edilən şəxslərə Gürcüstana giriş qadağası tətbiq olunub.


