Dünya bazarında neftin qiyməti 125 dolları keçdi
Dünya bazarında neftin qiyməti kəskin artaraq bir barel üçün 125 ABŞ dollarını ötüb.
InterPress.ge xəbər verir ki, bu barədə The Guardian nəşri məlumat yayıb.
Məlumata görə, ABŞ prezidenti Donald Trump tərəfindən Hörmüz boğazında blokadanın davam etdirilməsi ilə bağlı verilən açıqlamadan sonra “Brent” markalı neftin qiyməti 126 dollara çatıb. Bu, 2022-ci ildən bəri qeydə alınan ən yüksək göstəricidir.
Son 24 saat ərzində “Brent” markalı neftin qiyməti 13%-dən çox artıb.
Qeyd olunur ki, Donald Trump Axios nəşrinə müsahibəsində bildirib ki, ABŞ tərəfindən İrana qarşı tətbiq edilən dəniz blokadası effektivdir və nüvə məsələsi ilə bağlı razılıq əldə olunmayana qədər bu blokada aradan qaldırılmayacaq.
“Onlar razılaşma istəyirlər, blokadanın davam etməsini istəmirlər. Mən isə onun aradan qaldırılmasını istəmirəm, çünki onların nüvə silahına sahib olmasını istəmirəm”, – deyə Donald Trump qeyd edib.


