29 
Apr
2026
23:29
365

Mixeil Saakaşvili Marneulidəki fermerlərə dəstək ifadə etdi

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Marneulidə keçirilən fermer aksiyasına münasibət bildirib.

InterPress.ge xəbər verir ki, Saakaşvili sosial şəbəkədə paylaşım edərək Marneulili fermerlərlə həmrəy olduğunu qeyd edib.

Onun sözlərinə görə, vaxtilə regionda yaşayan etnik azərbaycanlıların üzərindəki təzyiqlər aradan qaldırılıb, hazırda isə mövcud vəziyyət nəticəsində əhali yenidən çətin sosial-iqtisadi şəraitlə üzləşib.

Saakaşvili həmçinin müxalifətə çağırış edərək onları Marneuliyə və Kvemo Kartli kəndlərinə getməyə, yerli əhalinin problemləri ilə yerində tanış olmağa və vətəndaşlara dəstək verməyə səsləyib.

“Studiyalarda oturmaq və bəyanatlar vermək kifayətdir, xalqın yanında olun”, – deyə Mixeil Saakaşvili bildirib.

Bizimlə əlaqə saxlayın