İrakli Kobaxidze: Təhlükələr qalır, yeni DTX rəhbərini ciddi çağırışlar gözləyir
Gürcüstanın baş naziri İrakli Kobaxidze Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yeni rəhbəri ilə bağlı açıqlama verib.
InterPress.ge xəbər verir ki, baş nazir jurnalistlərin sualını cavablandırarkən bildirib ki, yeni rəhbər Gela Geladzeni ciddi və çoxsaylı çağırışlar gözləyir.
Onun sözlərinə görə, mövcud qlobal və regional vəziyyət fonunda təhlükələr aradan qalxmayıb və bütün istiqamətlər üzrə diqqət və ehtiyatlılıq tələb olunur.
“Çağırışlar kifayət qədər çoxdur. Bütün sahələrdə diqqət və ehtiyatlılıq lazımdır. Təhlükələr heç yerə getməyib. Siz görürsünüz ki, həm qlobal, həm də regionda vəziyyət kifayət qədər mürəkkəbdir”, – deyə İrakli Kobaxidze bildirib.
Baş nazir əlavə edib ki, əvvəlki dövrdə xidmətin fəaliyyəti uğurlu olsa da, institusional dəyişikliklərin davam etdirilməsi vacibdir.
Onun sözlərinə görə, bu dəyişikliklər Mamuka Mdinaradzenin rəhbərliyi ilə başlanıb və onların davam etdirilməsi DTX-nin yeni rəhbərinin əsas vəzifələrindən biri olacaq.


