Şalva Papuaşvili: “Vətəndaş müharibəsi ilə bizi məhz bu qrupları maliyyələşdirənlər qorxudur”
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa İttifaqının səfiri ilə bağlı yayılan bəyanatlara münasibət bildirib.
InterPress.ge xəbər verir ki, Papuaşvili Pavel Herçinskinin açıqlamasını şərh edərək qeyd edib ki, Gürcüstan cəmiyyətini vətəndaş müharibəsi ilə məhz müəyyən qrupları maliyyələşdirən qüvvələr qorxudur.
Onun sözlərinə görə, “qara keçmiş” barədə danışanlar insan hüquqlarının pozulduğu dövrləri haqq qazandırmağa çalışanlardır.
“Bizi vətəndaş müharibəsi ilə məhz o qüvvələr qorxudur ki, onların maliyyəsi ilə kilsəyə, dövlətə və insan ləyaqətinə qarşı yönəlmiş qruplar fəaliyyət göstərir”, – deyə Papuaşvili bildirib.
Parlament sədri əlavə edib ki, Gürcüstanın keçmişinə “qara” deyənlər əslində ölkəyə təsir göstərməyə çalışan xarici qüvvələrdir.
Onun sözlərinə görə, zorakılığı təşviq edən, ölkəni sanksiyalar müharibəsinə cəlb edən və iqtisadi çətinliklər yaradan da məhz həmin qüvvələrdir.
Papuaşvili qeyd edib ki, Gürcüstan xalqı öz gələcəyini özü müəyyən edir və bu, 2024-cü ildə də aydın şəkildə özünü göstərib.
“Gürcü xalqı öz taleyini özü müəyyən edir, öz dəyərlərini qoruyur və seçdiyi yoldan dönmür”, – deyə Şalva Papuaşvili vurğulayıb.


