23 
Apr
2026
12:28
520

Kobaxidze istefa verə bilərmi? - Nazir suallara cavab verdi

Gürcüstanın baş naziri İrakli Kobaxidze onun istefa verə biləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

InterPress.ge xəbər verir ki, Kobaxidze jurnalistlərə açıqlamasında qeyd edib ki, bu sual ona dəfələrlə – həm parlament, həm də bələdiyyə seçkilərindən əvvəl və sonra verilib.

Onun sözlərinə görə, media bu mövzuda dəfələrlə eyni gözləntilərlə çıxış edib, lakin bu gözləntilər özünü doğrultmayıb.

“Bu sualı siz mənə seçkilərdən əvvəl də, sonra da verirdiniz. Bir dəfə yox, iki, üç, dörd dəfə gözləntiləriniz doğrulmadı. Bu mövzu neçə dəfə təkrarlanmalıdır?” – deyə baş nazir bildirib.

Eyni zamanda, Kobaxidze Mamuka Mdinaradze ilə münasibətlərinə də toxunaraq qeyd edib ki, aralarında heç bir rəqabət yoxdur və belə bir vəziyyət nə keçmişdə olub, nə də gələcəkdə olacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər