23 
Apr
2026
00:08
193

Mamuka Mdinaradze:“Hüquq-mühafizə orqanlarında qanun pozuntuları gizlədilməməli, günahkarlar cəzalandırılmalıdır

Gürcüstanda dövlət naziri və vitse-premyer vəzifəsinə namizəd Mamuka Mdinaradze hüquq-mühafizə orqanlarında məsuliyyət məsələsinə toxunub.

InterPress.ge xəbər verir ki, Mdinaradze “İmedi LIVE” verilişində bildirib ki, “araşdırma gedir, nəticələri gözləyək” kimi ifadələr bir çox hallarda formal yanaşmaya çevrilib və bəzən məsuliyyətdən yayınmaq üçün istifadə olunur.

Onun sözlərinə görə, hüquq-mühafizə sistemində törədilən qanun pozuntuları mütləq araşdırılmalı, günahkar şəxslər müəyyən edilərək cəzalandırılmalıdır.

Mdinaradze qeyd edib ki, belə halların səbəbləri həm obyektiv, həm də subyektiv ola bilər və hüquq-mühafizə orqanları daxilində müəyyən həmrəylik də rol oynaya bilər. O vurğulayıb ki, bu, yalnız Gürcüstana xas hal deyil və bir çox ölkələrdə müşahidə olunur.

Siyasətçi bildirib ki, yeni vəzifəsində əsas prioritetlərdən biri bu kimi halların daha dərindən araşdırılması və qarşısının alınması olacaq.

“Bir tərəfdən hüquq-mühafizə əməkdaşlarının gördüyü böyük işi qiymətləndirməliyik, digər tərəfdən isə onların adını ləkələyən ayrı-ayrı halları üzə çıxarıb qarşısını almalıyıq ki, bu cür hadisələr ümumi mənzərəni zədələməsin”, – deyə Mdinaradze qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər