22 
Apr
2026
20:45
226

DTX: Casusluqda ittiham olunan Gürcüstan vətəndaşı saxlanılıb, daha iki nəfər axtarışdadır

Gürcüstanda casusluq ittihamı ilə bir nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Laşa Mağradze brifinqdə məlumat verib.

Onun sözlərinə görə, Dövlət Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat departamenti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Gürcüstan vətəndaşı xarici ölkənin xüsusi xidmət orqanı ilə əməkdaşlıqda ittiham edilərək saxlanılıb.

İstintaqla müəyyən edilib ki, saxlanılan şəxs xarici xüsusi xidmət orqanı tərəfindən cəlb olunub, ona xüsusi təxəllüs verilib və müəyyən məbləğdə pul qarşılığında Gürcüstanın maraqlarına zidd məlumatların toplanması və ötürülməsi tapşırılıb.

Məlumata görə, ona aşağıdakı istiqamətlər üzrə məlumat toplamaq tapşırılıb:

Gürcüstanın hüquq-mühafizə qurumlarının – DTX, Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyinin dislokasiya yerləri, qüvvə və vasitələri barədə məlumatlar, həmçinin bu obyektlərin foto və video çəkilişi;

Strateji obyektlər – körpülər, avtomobil və dəmir yolu magistralları və digər mühüm infrastruktur haqqında məlumatların toplanması və görüntülənməsi.

Bundan əlavə, eyni cinayət üzrə daha iki Gürcüstan vətəndaşının da ifşa olunduğu bildirilir. Onlar da eyni xarici xüsusi xidmət orqanı tərəfindən cəlb olunaraq oxşar fəaliyyətlə məşğul olublar.

Hazırda ölkə xaricində olan bu şəxslərə qarşı ittiham qiyabi irəli sürüləcək və onların barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan ediləcək.

Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 314-cü maddəsi ilə aparılır ki, bu da 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər