22 
Apr
2026
09:14
132

İran rəsmisi: Trampın atəşkəs açıqlaması heç nə ifadə etmir

İran parlamenti sədrinin müşaviri Mahdi Mohammadi ABŞ prezidenti ilə bağlı sərt bəyanat verib.

InterPress.ge xəbər verir ki, Mohammadi Donald Trampın atəşkəslə bağlı açıqlamasının əhəmiyyət daşımadığını bildirib.

Onun sözlərinə görə, Tehran vəziyyətə hərbi yolla cavab verməlidir.

“Məğlub tərəf şərt diktə edə bilməz”, – deyə o vurğulayıb.

Mohammadi ABŞ-ın İran limanlarına tətbiq etdiyi blokadanı “mühasirə” adlandıraraq bunun bombardmandan fərqlənmədiyini qeyd edib.

O, həmçinin Trampın atəşkəsin uzadılması qərarını “gözlənilməz zərbə üçün vaxt qazanmaq cəhdi” kimi qiymətləndirib.

“Artıq İranın təşəbbüsü ələ almasının vaxtıdır”, – deyə müşavir əlavə edib.

Xatırladaq ki, daha əvvəl Donald Tramp Pakistanın müraciəti əsasında İranla atəşkəs razılaşmasının müddətini uzatdığını açıqlamışdı.

Bizimlə əlaqə saxlayın