21 
Apr
2026
08:59
151

İran ABŞ-ı Touska gəmisinin ələ keçirilməsinə görə xəbərdarlıq etdi

İran Xarici İşlər Nazirliyi ABŞ qüvvələrinin İran bayrağı altında üzən “Touska” yük gəmisini ələ keçirməsini pisləyib.

InterPress.ge xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Nazirliyin bəyanatında ABŞ tərəfi gəmini, onun dənizçilərini, ekipaj üzvlərini və onların ailələrini dərhal azad etməyə çağırılıb.

Rəsmi Tehran bildirib ki, İran öz milli maraqlarını və təhlükəsizliyini qorumaq, həmçinin vətəndaşlarının hüquq və ləyaqətini müdafiə etmək üçün bütün imkanlardan istifadə edəcək.

“Regionda növbəti eskalasiyaya görə bütün məsuliyyət ABŞ-ın üzərinə düşür”, – deyə bəyanatda vurğulanıb.

Qeyd edək ki, daha əvvəl Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin Oman körfəzində ABŞ-ın tətbiq etdiyi dəniz blokadasını pozmağa çalışan İran gəmisinə atəş açaraq onu saxladığını açıqlamışdı.

Bizimlə əlaqə saxlayın