18 
Apr
2026
16:55
522

Bolnisidə zorakılıq faktı – Bir nəfər şəxs saxlanılıb

Bolnisi bələdiyyəsində baş verən zorakılıq faktı üzrə bir nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Kvemo Kartli Polis Departamentinin Bolnisi rayon idarəsinin əməkdaşları 2005-ci il təvəllüdlü A.K.-nı zorakılıq və sağlamlığa qəsdən az ağır xəsarət yetirməkdə ittiham edərək saxlayıblar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Bolnisi bələdiyyəsinin kəndlərindən birində mübahisə zəminində 1994-cü il təvəllüdlü N.N.-ni fiziki zorakılığa məruz qoyub.

Zərərçəkən şəxs tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanları tərəfindən keçirilən istintaq tədbirləri nəticəsində şübhəli saxlanılıb.

Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 118-ci və 126-cı maddələri ilə aparılır ki, bu da 4 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın