Qəsdən adam öldürməyə cəhd - bir nəfər saxlanılıb
Tbilisidə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən şəxs saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Didube-Çuğureti rayon polis idarəsinin əməkdaşları 1987-ci il təvəllüdlü D.E.-ni saxlayıb. İstintaqla müəyyən edilib ki, o, əvvəlki münaqişə zəminində həmyaşıdı – 1987-ci il təvəllüdlü O.Q.-nu soyuq silahla yaralayıb və hadisə yerindən qaçıb.
Yaralı şəxs tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində şübhəli hadisədən qısa müddət sonra “isti izlərlə” saxlanılıb.
Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 19-108-ci maddələri ilə aparılır ki, bu da 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


