18 
Apr
2026
10:44
156

İran ABŞ-ı xəbərdar edir: Hörmüz boğazı ilə bağlı blokada davam etsə, cavab veriləcək

İran ABŞ tərəfindən Hörmüz boğazı ilə bağlı blokadanın davam etdiriləcəyi təqdirdə cavab tədbirləri görəcəyini açıqlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqai bildirib.

Onun sözlərinə görə, əgər ABŞ öhdəliklərini pozaraq blokadanı davam etdirərsə, İran buna müvafiq şəkildə cavab verəcək.

“Əgər qarşı tərəf öhdəliklərini pozmaq qərarına gəlsə və dəniz blokadası davam edərsə, İran İslam Respublikası lazımi addımları atacaq və bu, şübhə doğurmur”, – deyə Esmail Baqai qeyd edib.

Qeyd edək ki, daha əvvəl Abbas Araqçi Hörmüz boğazının kommersiya gəmiləri üçün açıq olduğunu bildirmişdi. ABŞ Prezidenti Donald Tramp da boğazın açıq olduğunu təsdiqləsə də, İranla bağlı dəniz blokadasının qüvvədə qaldığını vurğulayıb.

Onun sözlərinə görə, boğaz beynəlxalq ticarət üçün açıqdır, lakin ABŞ-ın tətbiq etdiyi məhdudiyyətlər İranla bağlı razılaşma tam başa çatana qədər davam edəcək.

Bizimlə əlaqə saxlayın