Quldurluq və polisə müqavimət – şübhəli saxlanılıb
Kutaisidə quldurluq və polis əməkdaşına müqavimət göstərməkdə təqsirləndirilən şəxs saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, 1996-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş və hazırda şərti cəza altında olan A.X. tanışı – 1983-cü il təvəllüdlü N.E.-ni soyuq silahla hədələyərək ondan pul və qızıl əşyalar tələb edib.
Hadisə yerinə çağırış əsasında gələn hüquq-mühafizə orqanlarının əməkdaşlarına isə təqsirləndirilən şəxs bıçaqla müqavimət göstərib.
Polis tərəfindən həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində A.X. hadisədən qısa müddət sonra saxlanılıb.
Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 179-cu və 353-cü maddələri ilə aparılır ki, bu da 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


