ABŞ prezidenti Donald Tramp NATO ilə bağlı sərt açıqlama verib.
InterPress.ge xəbər verir ki, Tramp NATO-nun baş katibi Mark Rutte ilə Ağ Evdə keçirilən görüşdən sonra bildirib ki, alyans ABŞ-ın yanında olmayıb və gələcəkdə də olmayacaq.
“Bizə lazım olanda NATO yanımızda deyildi və yenə lazım olsa, olmayacaq. Qrenlandiyanı xatırlayın – bu böyük və pis idarə olunan buz parçasını!!!” – deyə Tramp Truth Social platformasında yazıb.
Bundan əvvəl isə Ağ Evin sözçüsü Karolin Levit bildirmişdi ki, Tramp və NATO baş katibi görüşdə ABŞ-ın alyansdan çıxmaq ehtimalını da müzakirə ediblər.
Məsələ ilə bağlı əlavə detallı açıqlama verilməyib.
