Kobaxidze: Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından biridir
"Azərbaycan Gürcüstanın ən iri ticarət tərəfdaşlarından biri olaraq qalır".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, tərəflər görüş zamanı ticarət-iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
“Biz məmnunuq ki, Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır. Gözləntimiz var ki, ticarət-iqtisadi əlaqələr daha da dərinləşəcək, o cümlədən investisiyaların artırılması istiqamətində əməkdaşlıq genişlənəcək.
Biz yüksək səviyyəli dialoqun davam etdirilməsinə və müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinə hazır olduğumuzu ifadə etdik. Əminəm ki, gələcəkdə əməkdaşlığımız xalqlarımızın və ölkələrimizin rifahı naminə daha da inkişaf edəcək və bu prosesdə Prezident Əliyevin səfəri xüsusi rol oynayacaq.
Sonda, cənab Prezident, Gürcüstana səfər etdiyinizə görə sizə bir daha təşəkkür etmək istəyirəm, həmçinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına və dərinləşməsinə verdiyiniz şəxsi töhfəyə görə xüsusi minnətdarlığımı bildirirəm”, – deyə İrakli Kobaxidze qeyd edib.


