06 
Apr
2026
14:55
129

Mixeil Kavelaşvili: Azərbaycanla strateji tərəfdaşlığın inkişafı Gürcüstan üçün prioritetdir

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirdiyi görüşə münasibət bildirib.

InterPress.ge xəbər verir ki, Kavelaşvili sosial şəbəkədə paylaşım edərək, görüşdə iki ölkə arasında yüksək səviyyəli strateji tərəfdaşlıq və müxtəlif sahələrdə uğurlu əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu qeyd edib.

Onun sözlərinə görə, Gürcüstan Azərbaycanla mövcud möhkəm strateji tərəfdaşlığın qorunmasını və daha da inkişaf etdirilməsini prioritet hesab edir.

Kavelaşvili vurğulayıb ki, hazırkı geosiyasi proseslər fonunda beynəlxalq nizam dəyişdiyi bir vaxtda regionda sabitlik və sülhün qorunması daha da böyük əhəmiyyət kəsb edir.

Prezident həmçinin Azərbaycan tərəfinə Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə görə təşəkkür edib.

Bundan əlavə, Kavelaşvili qeyd edib ki, İlham Əliyevə, bütün Gürcüstanın katolikos-patriarxı İlia IIin vəfatı ilə bağlı Bakıda Gürcüstan səfirliyinə gələrək başsağlığı verməsinə görə minnətdarlığını bildirib.

Məlumata görə, görüş Gürcüstan Prezidentinin sarayında keçirilib və görüşdən sonra İlham Əliyev fəxri qonaqlar kitabına qeyd yazıb.

Bizimlə əlaqə saxlayın