03 
Apr
2026
14:14
249

Şalva Papuaşvili: ABŞ investorlarında Anaklia limanına maraq oyada bilmədik

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Anaklia dərin dəniz limanı layihəsinə ABŞ marağı ilə bağlı məsələyə münasibət bildirib.

InterPress.ge xəbər verir ki, Papuaşvili jurnalistin sualını cavablandırarkən qeyd edib ki, Gürcüstan hökuməti ABŞ investorlarını və rəsmi Vaşinqtonu layihəyə cəlb etmək üçün məqsədyönlü cəhdlər göstərsə də, bu istiqamətdə istənilən nəticə əldə olunmayıb.

Onun sözlərinə görə, əvvəllər səsləndirilən “amerikalıların Qara dənizdə nə işi var” ifadəsi məhz ABŞ-ın bu regiona iqtisadi marağının olub-olmaması ilə bağlı idi və nəticədə belə marağın formalaşdırılmasının mümkün olmadığı ortaya çıxıb.

Papuaşvili vurğulayıb ki, Gürcüstan hökuməti ölkənin milli maraqlarına uyğun olan istənilən xarici investisiyanı alqışlayır və ABŞ investisiyaları da bu baxımdan arzuolunandır.

Parlament sədri bildirib ki, nə Gürcüstan, nə də ABŞ tərəfi tərəfindən layihə ilə bağlı hər hansı şərtlər irəli sürülməyib və tərəflər arasında dialoq qarşılıqlı maraqlar əsasında aparılır.

O qeyd edib ki, Anaklia limanının tikintisi və fəaliyyəti Orta Dəhlizin mühüm hissəsi olmaqla yanaşı, Avropa ilə Asiya arasında əlaqələrin gücləndirilməsi baxımından da strateji əhəmiyyət daşıyır.

Papuaşvilinin sözlərinə görə, mövcud razılaşmalarda Gürcüstan dövləti üstün mövqedədir və strateji obyektlərlə bağlı bütün müqavilələrdə ölkənin həlledici rolu təmin olunur.

“ABŞ tərəfindən istənilən investisiya müsbət qarşılanardı. Lakin həm açıq, həm də qapalı müzakirələr zamanı, o cümlədən Anaklia limanı və digər layihələrlə bağlı Gürcüstan hökumətinin təkliflərinə baxmayaraq, amerikalı investorların marağı yüksək olmayıb”, – deyə Papuaşvili əlavə edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər