01 
Apr
2026
20:32
787

2024-cü ildən əvvəl istehsal olunmuş bütün nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi daha bahalı olacaq - nəqliyyat vasitəsi aksiz rüsumu olaraq nə qədər ödəməli olacaqsınız?

Gürcüstanda avtomobillərin gömrük rəsmiləşdirilməsi (dənzabaj) tarifləri artırılır. Bununla bağlı qanun layihəsi parlament tərəfindən az əvvəl təsdiqlənib.

InterPress.ge xəbər verir ki, qanunverici orqanın qəbul etdiyi dəyişikliklərə əsasən, yeni tariflərin tətbiqi sabahdan – 2 aprel tarixindən nəzərdə tutulur.

Qeyd edək ki, qanunda müəyyən istisnalar da nəzərdə tutulub.

Yeni qanuna əsasən, gömrük rüsumu 2024-cü ilə qədər istehsal olunmuş bütün avtomobillər üçün artırılır.

Avtomobilin gömrük rəsmiləşdirilməsi orta hesabla nə qədər olacaq

Dəyişikliklərə görə, 0-dan 6 ilədək olan avtomobillərin bir hissəsi üçün aksiz dərəcəsi mühərrikin hər 1 kub santimetri üçün 1.5 lari olaraq müəyyən edilib.

Bu kateqoriyada 2024-2025-ci il istehsalı avtomobillər üçün aksiz dərəcəsi artıq 1.5 lari idi, lakin dəyişiklik 2020, 2021, 2022 və 2023-cü illərdə istehsal olunmuş avtomobillərə də şamil edilir.

Əvvəlki qaydalara əsasən, bu illərə aid avtomobillər üçün gömrük rüsumu 1 kub santimetr üçün 0.8-1.4 lari arasında dəyişirdi, dəyişiklikdən sonra isə 1.5 lari olacaq.

Beləliklə, 3-6 il arası avtomobillər üçün də gömrük rüsumu artırılıb. Yeni tariflərə əsasən:

• 2023-cü il (1.0 mühərrik) – 1.4 laridən 1.5 lariyə yüksəldi; əgər əvvəl 1400 lari ödəyirdinizsə, indi 1500 lari ödəməli olacaqsınız;

• 2022-ci il (1.0 mühərrik) – 1.2 laridən 1.5 lariyə yüksəldi; əvvəl 1200 lari idisə, indi 1500 lari olacaq;

• 2021-ci il (1.0 mühərrik) – 1 laridən 1.5 lariyə yüksəldi; əvvəl 1000 lari idisə, indi 1500 lari olacaq;

• 2020-ci il (1.0 mühərrik) – 0.8 laridən 1.5 lariyə yüksəldi; əvvəl 800 lari idisə, indi 1500 lari olacaq.

Nəticədə, 1.0 mühərrikli və 3-6 il arası avtomobillər üçün gömrük rüsumu yaşdan asılı olaraq 100-700 lari aralığında artıb.

6 ildən yuxarı avtomobillərə gəldikdə isə, bu kateqoriyada aksiz dərəcəsi 4.5 lari müəyyən edilib. Bu isə əvvəlki tariflə müqayisədə təxminən 5.6 dəfə artım deməkdir. Belə ki, əvvəl 6 ildən köhnə avtomobillər üçün 1 kub santimetrə görə 0.8 lari tətbiq olunurdu.

Məsələn, 6 ildən yuxarı (şərti olaraq 2019-cu il istehsalı) avtomobil üçün yeni tariflər belə dəyişir:

• 1.0 mühərrik – 800 laridən 4 500 lariyə;

• 1.5 mühərrik – 1 875 laridən 6 750 lariyə;

• 2.0 mühərrik – 1 600 laridən 9 000 lariyə;

• 3.0 mühərrik – 2 400 laridən 13 000 lariyə qədər artır.

Məlumat üçün bildirək ki, Gəlirlər Xidmətinin kalkulyatoruna əsasən, gömrük rüsumunun məbləği avtomobilin növündən (benzin, dizel, hibrid, elektrik), istehsal ilindən və mühərrikin həcmindən asılı olaraq dəyişir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər