Gürcüstanda 2-4 aprel tarixlərində hava necə olacaq – proqnoz açıqlandı
Gürcüstanın Milli Ətraf Mühit Agentliyi ölkə ərazisində 2-4 aprel tarixlərinə gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.
InterPress.ge xəbər verir ki, məlumatda qeyd olunur, 2 aprel tarixində Qərbi Gürcüstanda isti və yağıntısız hava gözlənilir, Şərqi Gürcüstanın bəzi rayonlarında isə istilik fonunda qısamüddətli yağış mümkündür.
Agentliyin məlumatına görə, 3 aprel gününün ikinci yarısından etibarən ölkənin əksər hissəsində fasilələrlə yağıntı müşahidə olunacaq.
Tbilisidə 2 aprel tarixində yağıntı gözlənilmir, 3-4 aprel tarixlərində isə qısamüddətli yağış və külək ehtimal olunur. Gün ərzində temperatur +18, +20 dərəcə olacaq.
Sahil zonalarında – Batumi, Kobuleti, Anaklia və Poti şəhərlərində 2 aprel isti və yağıntısız keçəcək, 3 və 4 aprel tarixlərində isə yağış gözlənilir. Temperatur 2-3 aprel tarixlərində +21, +23 dərəcə olacaq, 4 apreldə isə +13, +15 dərəcəyə qədər enəcək.
Qərbi Gürcüstanın düzənlik rayonlarında – Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili və Ozurgetidə 2 aprel yağıntısız keçəcək, 3 aprel gününün ikinci yarısından etibarən yağış başlayacaq. Temperatur 2-3 aprel tarixlərində +23, +25 dərəcə, 4 apreldə isə +14, +16 dərəcə olacaq.
Dağlıq ərazilərdə – Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo və Rikoti keçidində 2 aprel yağıntısız olacaq, 3 aprel gününün ikinci yarısından yağış gözlənilir. Temperatur 2-3 aprel tarixlərində +20, +22 dərəcə, 4 apreldə isə +12, +14 dərəcəyə enəcək.
Yüksək dağlıq ərazilərdə – Mestia və Baxmaroda 2 aprel yağıntısız hava olacaq, 3 aprel gününün ikinci yarısından etibarən yağıntı gözlənilir. Temperatur +12, +14 dərəcə təşkil edəcək.
Kartli bölgəsində – Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori və Tskhinvalidə bəzi yerlərdə yağış yağacaq. Temperatur +19, +21 dərəcə olacaq.
Kaxeti bölgəsində – Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta və Dedoplistskaro ərazilərində də bəzi yerlərdə yağış gözlənilir. Temperatur +19, +21 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında – Axaltsixe, Borjomi, Duşeti, Tianeti və Pasanauridə bəzi yerlərdə yağış yağacaq. Temperatur +17, +19 dərəcə olacaq.
Yüksək dağlıq ərazilərdə – Axalkalaki, Tsalkа, Bakuriani, Qudauri və Omalo ərazilərində isə yağıntılı hava gözlənilir. Temperatur +9, +11 dərəcə təşkil edəcək.


