01 
Apr
2026
13:45
262

Rusiya: Tbilisi hazır olduğu halda, münasibətlərin normallaşmasına hazırıq

Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Tbilisinin hazır olması halında Rusiya Gürcüstanla münasibətlərin normallaşdırılmasına hazırdır.

InterPress.ge xəbər verir ki, Qaluzinin sözlərinə görə, Moskva bu istiqamətdə yalnız qarşı tərəfin hazır olduğu səviyyədə irəliləməyə hazırdır.

“Bu istiqamətdə Tbilisi nə qədər hazırdırsa, biz də o qədər irəliləməyə hazırıq. Ümid edirik ki, məlum siyasi problemlərə baxmayaraq, Gürcüstanla münasibətlərimiz hər iki tərəf üçün faydalı sahələrdə mərhələli şəkildə inkişaf edəcək”, – deyə o qeyd edib.

Qaluzin vurğulayıb ki, hazırda iki ölkə arasında iqtisadi, nəqliyyat və turizm əlaqələri aktiv şəkildə inkişaf edir.

“Ümid edirik ki, gürcü tərəfi də siyasi çətinliklərə baxmayaraq, Rusiya ilə konstruktiv münasibətlərdə maraqlıdır”, – deyə nazir müavini əlavə edib.

O, həmçinin Gürcüstanın katolikos-patriarxı İlia II-in dəfn mərasimi ilə bağlı Rusiyanın nümayəndəsinin səfərinə də toxunub. Bildirib ki, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy mərasimdə iştirak edərək gürcü xalqına başsağlığı verib.

Qaluzinin sözlərinə görə, bu fakt iki xalq arasında tarixi, mədəni və mənəvi yaxınlığın göstəricisidir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər