01 
Apr
2026
12:41
262

GAİM yeni kurslara qeydiyyat elan edib

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM) yeni tədris proqramları üzrə kurslara qeydiyyatın başladığını elan edib.

InterPress.ge xəbər verir ki, mərkəz müxtəlif istiqamətlər üzrə ödənişli kurslara iştirakçı qəbul edir.

Təklif olunan proqramlar arasında dil kursları (gürcü və ingilis dilləri), texnologiya sahəsində təlimlər (kompüter, proqramlaşdırma və ofis proqramları), təhsil dəstəyi (riyaziyyat və məktəbəqədər hazırlıq), yaradıcılıq və incəsənət istiqamətləri (rəsm, təsviri incəsənət və saz kursları), həmçinin mədəniyyət və idman sahələri (gürcü və Azərbaycan milli rəqsləri, şahmat, basketbol və cüdo) yer alır.

Mərkəzdən bildirilib ki, kursların məqsədi iştirakçıların bilik və bacarıqlarını artırmaq, onların şəxsi və peşəkar inkişafına dəstək olmaqdır.

Qeydiyyat üçün müraciətlər onlayn formada qəbul edilir. Əlavə məlumat almaq istəyənlər [email protected] elektron poçt ünvanı və ya 588 88 39 19 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Kurslar Marneuli şəhəri, Q. Mazniaşvili küçəsi 3 ünvanında yerləşən Azərbaycan Evində (Ataholding) keçiriləcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər