01 
Apr
2026
00:13
319

Qaracala kəndində quldurluq: maskalı qadınlar həmkəndlisini döyərək pulunu ələ keçiriblər

Telavi bələdiyyəsinin Qaracala kəndində quldurluq hadisəsi baş verib.

InterPress.ge xəbər verir ki, mövcud məlumata əsasən, bu gün biri-biri ilə qohum olan iki maskalı və silahlı qadın həmkəndlilərinin evinə daxil olub.

Bildirilib ki, zərərçəkmiş qadın hadisə zamanı evdə tək olub. Hücum edənlər ona fiziki zorakılıq tətbiq edərək təxminən 8000 lari pulunu ələ keçiriblər.

Yerli sakinlərin sözlərinə görə, zərərçəkmiş qadın şübhəlilərdən birini tanıyıb, bu isə hücum edənlərin daha da aqressivləşməsinə səbəb olub. Nəticədə onlar evdən kənarda olan kişiləri köməyə çağıraraq zorakılığı davam etdiriblər.

Təxminən 60 yaşlı qadın müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsləri isti izlərlə saxlayıblar.

Hazırda Telavi polis idarəsinin qarşısında Qaracala kənd sakinləri toplaşıb, şahidlərin dindirilməsi davam etdirilir. Hadisə ilə bağlı əlavə məlumatlar Daxili İşlər Nazirliyi tərəfindən dəqiqləşdirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər