26 
Mar
2026
14:45
198

Kaxa Kaladze: “Söz azadlığı məsələsində ikili standart tətbiq olunur” - SƏS

Tbilisi meri və “Gürcü arzusu”nun baş katibi Kaxa Kaladze Avropa Parlamentində Gürcüstanla bağlı irəli sürülən təşəbbüsə münasibət bildirib.

InterPress.ge xəbər verir ki, Kaladze “İmedi”, “Rustavi 2” və POSTV telekanallarına qarşı mümkün sanksiyalarla bağlı sualı cavablandırarkən ikili standartların tətbiq olunduğunu deyib.

“Söz azadlığından danışanda ikili standart ortaya çıxır. Onlar yalnız özlərinə sərf edən və yalnız onların qəbul etdiyi mövzuları işıqlandıran televiziya kanallarının olmasını istəyirlər”, – deyə Kaladze bildirib.

Onun sözlərinə görə, bu yanaşma demokratiyadan uzaqdır.

“Bu, demokratiya ilə heç bir əlaqəsi olmayan yanaşmadır. Hücumlar davam edir. Onlar həqiqətin səsləndirilməsini istəmirlər. Biz yalnız şantaj və təzyiq görürük”, – deyə o qeyd edib.

Kaladze əlavə edib ki, Böyük Britaniyanın bəzi televiziya kanallarına qarşı sanksiya qərarı siyasi xarakter daşıyır və bunun üçün əsaslandırılmış arqumentlər mövcud deyil.

Qeyd edək ki, Avropa Parlamentində Gürcüstanla bağlı hazırlanmış illik hesabatda “İmedi”, “Rustavi 2” və POSTV telekanalları ilə bağlı məsələ də müzakirəyə çıxarıla bilər.

“Euroscope” nəşrinin məlumatına görə, müvafiq düzəlişləri Avropa Xalq Partiyası üzvü olan avropalı deputatlar – Kşiştof Breyza, Mixal Şçerba və Andrey Halitski irəli sürüblər.

Düzəlişlərdən birində qeyd olunur ki, sözügedən telekanallar “sistemli şəkildə dezinformasiya yayır və ‘Gürcü arzusu’ hakimiyyətinin kommunikasiya alətləri kimi fəaliyyət göstərir”.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər