Gürcüstan üzrə bütün fəaliyyət göstərən kilsə və monastırlarda martın 21 və 22-də saat 12:00-da matəm zəngləri çalınacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Patriarxlığı məlumat yayıb.
Məlumata görə, matəm zəngləri patriarxın dəfn günü – martın 22-si də daxil olmaqla kilsə və monastırlarda səsləndiriləcək.
Qeyd edək ki, bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya martın 17-də, 93 yaşında vəfat edib. Onun vəfatı ilə əlaqədar ölkədə matəm elan olunub.
Patriarx martın 22-də Tbilisidə yerləşən Sioni Patriarxlıq məbədində dəfn ediləcək.
.jpg)