19 
Mar
2026
14:04
178

XİN: ABŞ-ın viza depoziti qərarı qayda pozuntularının çoxluğu ilə bağlıdır

Gürcüstan Xarici İşlər Nazirliyi ABŞ-ın Gürcüstan vətəndaşları üçün qeyri-immiqrasiya vizaları üzrə depozit (girov) tətbiqi qərarına münasibət bildirib.

InterPress.ge xəbər verir ki, nazirlikdən verilən məlumata görə, bu qərar Gürcüstan vətəndaşları tərəfindən ABŞ-ın viza qaydalarının tez-tez pozulması ilə əlaqədardır.

“ABŞ-ın Gürcüstan vətəndaşları üçün qeyri-immiqrasiya vizaları üzrə depozit tətbiqi qərarı, təəssüf ki, vətəndaşlarımız tərəfindən viza siyasətinin pozulmasının yüksək göstəriciləri ilə bağlıdır və bu barədə ABŞ tərəfi tərəfindən izahat verilib”, – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, Donald Tramp administrasiyasının sərt miqrasiya siyasəti konkret addımlarda öz əksini tapır və bu qərar da həmin siyasətin tərkib hissəsidir.

Nazirlik Gürcüstan vətəndaşlarını ABŞ-ın viza qaydalarına ciddi əməl etməyə çağırıb.

“Vətəndaşlarımızı ABŞ-ın viza tələblərinə ciddi riayət etməyə və mövcud rejimi pozmamağa çağırırıq. Bu, Gürcüstan tərəfinə ABŞ-la bu məsələ üzrə işi davam etdirmək imkanı verəcək”, – deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, Gürcüstan ABŞ tərəfindən müəyyən qısamüddətli vizalar üçün depozit tətbiq olunan ölkələr siyahısına daxil edilib. Bu çərçivədə B1 (biznes) və B2 (turizm və tibbi müalicə) vizaları üçün 5 000, 10 000 və ya 15 000 ABŞ dollarınadək depozit tələb oluna bilər və məbləğ konsulluq müsahibəsi zamanı müəyyən ediləcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər