Sahibə Qafarova Şalva Papuaşviliyə başsağlığı məktubu göndərib
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Gürcüstanın Katolikos-Patriarxı II İliyanın vəfatı ilə əlaqədar Gürcüstan parlamentinin sədri Şalva Papuaşviliyə başsağlığı məktubu ünvanlayıb.
InterPress.ge xəbər verir ki, məktubda II İliyanın bəşəriyyət naminə gördüyü işlər və regionda oynadığı mühüm rol xüsusi vurğulanıb.
“Görkəmli dini xadim, Həzrətləri, bütün Gürcüstanın Katolikos-Patriarxı II İliyanın vəfatı xəbərini dərin kədərlə qarşıladıq.
Onun bəşəriyyətin rifahı naminə həyata keçirdiyi fəaliyyətini, Qafqazda sülhün, həmrəyliyin və dinlərarası dialoqun təşviqinə verdiyi töhfəni, eləcə də ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində göstərdiyi böyük səyləri daim dərin hörmətlə xatırlayacağıq.
Bu ağır itki ilə bağlı kədərinizi bölüşür və şəxsən öz adımdan, həmçinin Azərbaycan Respublikası Milli Məclisinin üzvləri adından Sizə, parlament üzvlərinə və dost Gürcüstan xalqına səmimi başsağlığı verirəm”, – deyə məktubda qeyd olunub.


