ABŞ konqresmenləri Gürcüstanla bağlı sanksiyalara çağırır
ABŞ konqresmenləri və senatorları Gürcüstanla bağlı açıqlama yayaraq Vaşinqtonu Avropa tərəfdaşları ilə birlikdə sanksiyalar tətbiq etməyə çağırıblar.
InterPress.ge xəbər verir ki, bəyanatda ABŞ hökumətinə “Moskva mexanizmi” hesabatının tövsiyələrinin yerinə yetirilməsi üçün Gürcüstan hakimiyyətinə təzyiq göstərmək tövsiyə olunur.
Bəyanatda qeyd edilir ki, ATƏT-in “Moskva mexanizmi” üzrə hesabatı vəziyyəti açıq şəkildə ortaya qoyur və iddia olunur ki, “Gürcü Arzusu” hakimiyyəti ölkəni avtoritar və təcrid olunmuş dövlətə çevirir.
“ABŞ hökumətini Avropalı tərəfdaşlara qoşularaq sanksiyalar və digər alətlərdən istifadə etməyə çağırırıq ki, Gürcüstan hökumətindən bu hesabatın tövsiyələrinə əməl etməyi tələb etsinlər. Siyasi məhbuslar azad edilməli, müxalif siyasətçilərə qarşı siyasi motivli ittihamlar ləğv olunmalı və qeyri-demokratik qanunlar geri çəkilməlidir”, – deyə bəyanatda bildirilir.
Sənədi Helsinki Komissiyasının sədri, respublikaçı senator Rocer Uiker, həmsədr konqresmen Co Uilson, demokrat senator Şeldon Uaythaus, konqresmen Stiv Koen və senator Cin Şahin imzalayıblar.


