İsrail Müdafiə Qüvvələri (IDF) bildirib ki, İran ötən gecə İsrail istiqamətində üç dəfə raket buraxıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı The Times of Israel yayıb.
Məlumata görə, hücum nəticəsində İsrailin mərkəzi hissəsində və İordan çayının qərb sahilinin şimalında hava hücumu siqnalları səslənib.
İsrailin hava hücumundan müdafiə sistemləri raketlərin bir hissəsini zərərsizləşdirib, digərləri isə açıq ərazilərə düşüb.
Hazırkı məlumata əsasən, hücumlar nəticəsində xəsarət alan olmayıb.
.jpg)