10 
Mar
2026
11:13
160

İrakli Kobaxidze Müctəba Xameneini İranın ali lideri seçilməsi münasibətilə təbrik edib

Gürcüstanın baş naziri İrakli Kobaxidze Ayətullah Müctəba Xameneinin İran İslam Respublikasının ali lideri seçilməsi münasibətilə rəsmi təbrik ünvanlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumat Gürcüstan hökumət administrasiyasının rəsmi saytında yayımlanıb.

Təbrik məktubunda Kobaxidze Gürcüstanın İranla qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlıq münasibətlərinə böyük əhəmiyyət verdiyini vurğulayıb.

“Gürcüstan hökuməti adından sizi İran İslam Respublikasının ali lideri seçilməyiniz münasibətilə təbrik edirəm. Gürcüstan iki ölkə və xalqlar arasında qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlıq münasibətlərinə böyük əhəmiyyət verir. İran xalqına sülh və rifah arzulayıram”, – deyə İrakli Kobaxidzenin təbrikində qeyd olunur.

Bizimlə əlaqə saxlayın