Tramp: Neft qiymətlərini azaltmaq üçün bəzi sanksiyaları ləğv edirik
ABŞ prezidenti Donald Tramp bildirib ki, neft qiymətlərinin azalmasına nail olmaq məqsədilə neftlə bağlı bəzi sanksiyalar müvəqqəti olaraq ləğv edilir.
InterPress.ge xəbər verir ki, Tramp bu barədə Floridada keçirilən mətbuat konfransında açıqlama verib.
Onun sözlərinə görə, ABŞ bəzi ölkələrə qarşı tətbiq etdiyi sanksiyaları vəziyyət sabitləşənə qədər aradan qaldıracaq.
“Bəzi ölkələrə qarşı sanksiyalarımız var. Tətbiq olunmuş sanksiyaları vəziyyət sabitləşənə qədər ləğv edəcəyik. Kim bilir, bəlkə də onları yenidən tətbiq etməyə ehtiyac qalmayacaq”, – deyə Tramp bildirib.
ABŞ prezidenti əlavə edib ki, Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı olub və söhbət “çox yaxşı” keçib.
Trampın sözlərinə görə, tərəflər telefon danışığı zamanı Ukraynadakı müharibə və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
“Biz Ukrayna barədə danışdıq – bu, sadəcə bitməyən müharibədir. Prezident Putinlə prezident Zelenski arasında böyük nifrət var. Həmçinin Yaxın Şərqdəki vəziyyəti də müzakirə etdik. Mən ona dedim ki, Ukrayna-Rusiya müharibəsini bitirsə, daha çox kömək edə bilər. Amma ümumilikdə yaxşı söhbətimiz oldu və o, konstruktiv olmaq istəyir”, – deyə Tramp qeyd edib.


