SEPAH: Yaxın Şərqdə müharibənin necə bitəcəyini İran müəyyən edəcək
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib ki, Yaxın Şərqdə müharibənin nə vaxt və necə başa çatacağını İran müəyyən edəcək.
InterPress.ge xəbər verir ki, bu barədə SEPAH-ın yaydığı bəyanatda qeyd olunub.
“Biz müharibənin sonunu müəyyən edəcəyik. Regionun gələcək statusu hazırda bizim silahlı qüvvələrimizin əlindədir, müharibəni Amerika qüvvələri bitirməyəcək”, – deyə bəyanatda bildirilir.
Bununla yanaşı, SEPAH qeyd edib ki, ABŞ və İsrailin hücumları davam edərsə, Tehran regiondan bir litr belə neft ixracına imkan verməyəcək.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp İranla müharibə barədə danışarkən bildirib ki, müharibə tezliklə başa çatacaq və əgər yenidən başlasa, İran daha güclü zərbə alacaq.


