İsveç XİN: Gürcüstanda vəziyyət daha da pisləşir
"Hakim partiya tərəfindən qəbul edilən yeni qanunvericilik müstəqil təşkilatlar üçün demək olar ki, bütün növ xarici maliyyələşməni məhdudlaşdırır, əsas vətəndaş fəaliyyətlərini qanunsuz elan edir və siyasi fəaliyyətə mane olur."
InterPress.ge xəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyinin Gürcüstanda baş verən proseslərlə bağlı yadığı bəyanatda qeyd olunub.
Bəyanatda vurğulanır ki, bu addımlar demokratik prinsiplərlə və Gürcüstanın insan hüquqları sahəsində üzərinə götürdüyü beynəlxalq öhdəliklərlə uyğun deyil.
“Biz Gürcüstan hakimiyyətini avtoritar kursdan imtina etməyə çağırırıq. İsveç isə Gürcüstan xalqının uzunmüddətli dostu və etibarlı tərəfdaşı olaraq qalır”, – deyə İsveç Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.


