07 
Mar
2026
10:43
217

Estoniya XİN: Gürcüstanda qəbul edilən yeni qanunvericilik demokratiya prinsipləri ilə uyğun deyil

Estoniya Xarici İşlər Nazirliyi Gürcüstan parlamentinin qrantlar və siyasi fəaliyyətlə bağlı qanunvericiliyin sərtləşdirilməsini nəzərdə tutan dəyişikliklər paketinə münasibət bildirib.

InterPress.ge-nin məlumatına görə, nazirliyin açıqlamasında qeyd olunur ki, Gürcüstanda yeni qəbul edilən qanunvericilik müstəqil təşkilatlar üçün xarici maliyyələşməni ciddi şəkildə məhdudlaşdıracaq, əsas vətəndaş fəaliyyətlərini qanunsuz hesab edəcək və siyasi fəaliyyəti geniş dövlət nəzarəti altına alacaq.

Estoniya XİN-in bəyanatına görə, Gürcüstanda vəziyyət pisləşməkdə davam edir.

“Belə tədbirlər demokratik prinsiplərlə və Gürcüstanın insan hüquqları ilə bağlı beynəlxalq öhdəlikləri ilə uyğun deyil və ölkənin Avropa İttifaqına inteqrasiya yolundan daha da uzaqlaşması riskini yaradır”, – deyə bəyanatda bildirilir.

Bizimlə əlaqə saxlayın