06 
Mar
2026
13:23
104

Levan Maçavariani: Ukrayna ilə bağlı yalanlara inanmadığımız üçün ölkədə çevriliş istəyənlər var

“Gürcü Arzusu” fraksiyası sədrinin birinci müavini Levan Maçavariani sosial şəbəkədə paylaşım edərək Ukrayna ilə bağlı beynəlxalq proseslər və Gürcüstanda müxalifətin mövqeyini tənqid edib.

Maçavarianinin sözlərinə görə, Ukrayna bir sıra məsələlərlə bağlı aldadılıb.

“Ukraynaya dedilər ki, sürətlə NATO üzvü olacaq. Ukraynaya dedilər ki, sürətlə Avropa İttifaqına qəbul ediləcək. Ukraynaya dedilər ki, dondurulmuş Rusiya aktivləri ona veriləcək. Ukraynaya dedilər ki, Qərbin dəstəyi ilə Rusiyanı məğlub edəcək”, – deyə o bildirib.

O, ölkədə etiraz aksiyaları təşkil edən və hakimiyyətin mövqeyini tənqid edən şəxslərə müraciət edərək bildirib ki, Gürcüstan hakimiyyəti Ukrayna ilə bağlı yayılan bu vədlərə inanmadığı üçün ona qarşı çevriliş cəhdləri edilir.

Maçavariani qeyd edib ki, bu şəxslər Ukrayna ilə bağlı baş verən “ədalətsizliklərə” münasibət bildirməyiblər.

“Bir dəfə də olsun bu qədər ədalətsizliyə münasibət bildirdinizmi? Bu məsələlərlə bağlı heç bir formada etiraz etməyən, amma Ukraynanın taleyinin onları narahat etdiyini iddia edənlər sadəcə trendə qoşulan ikiüzlü insanlardır”, – deyə o yazıb.

Deputat əlavə edib ki, belə şəxslər artıq emosiyalarla deyil, düşünərək mövqe sərgiləməlidirlər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər