06 
Mar
2026
10:57
113

Mariam Laşxi: ABŞ Konqresində keçirilən görüşlərdə Gürcüstanla bağlı ritorika tam dəyişib

Gürcüstan parlamentinin Təhsil, elm və gənclər məsələləri komitəsinin sədri Mariam Laşxi ABŞ-a səfəri çərçivəsində konqresmenlərlə keçirilən görüşləri yüksək qiymətləndirib.

Onun sözlərinə görə, görüşlər zamanı Gürcüstanla bağlı ABŞ tərəfinin ritorikasının əvvəlki administrasiya dövrü ilə müqayisədə tam dəyişdiyi müşahidə olunub.

“Konqresmenlərlə görüşlər çox mühüm idi. Görürük ki, əvvəlki administrasiya dövründə eşitdiyimiz ritorika tamamilə dəyişib. Görüşlərimiz çox praqmatik xarakter daşıyır və Gürcüstan ilə ABŞ arasında strateji əməkdaşlığın təkcə bərpasını deyil, həm də keyfiyyətcə yaxşılaşdırılmasını nəzərdə tutur. Bu, konkret nəticələrə yönəlmiş yeni səhifənin açılması deməkdir”, – deyə Mariam Laşxi bildirib.

Onun sözlərinə görə, ABŞ tərəfinin Gürcüstana münasibəti də dəyişib və yeni administrasiya ölkəyə yönələn investisiyaları daha çox iqtisadiyyat və ticarət sahələrinə istiqamətləndirir.

Laşxi qeyd edib ki, hazırkı administrasiya praqmatik yanaşma nümayiş etdirir və Gürcüstanın regionda iqtisadi əməkdaşlıq, xüsusilə də Orta Dəhlizdəki rolu müzakirə olunub.

O əlavə edib ki, konqresmenlərlə aparılan aktiv kommunikasiya yalnız informasiya mübadiləsini deyil, həm də ümumi dəyərlərə əsaslanan əməkdaşlığı və Gürcüstan vətəndaşlarının rifahına töhfə verəcək layihələri əhatə edir.

Laşxinin sözlərinə görə, əvvəlki ABŞ administrasiyası dövründə ayrılan vəsaitlər əsasən “psevdo-liberal dəyərlərin təbliğinə” yönəlirdi və bu resurslar ölkədə hakimiyyətin zorakı yolla dəyişdirilməsinə xidmət edirdi. Onun fikrincə, hazırkı administrasiya dövründə bu yanaşma dəyişib və maliyyə resursları iqtisadiyyat, ticarət və iki ölkə arasında münasibətlərin real nəticələr verəcək inkişafına yönəldilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər